DÇ-2022-nin seçmə mərhələsindəki Azərbaycan – Serbiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Offsideplus.az AFFA-ya istiandən xəbər verir ki, hər iki məşq və mətbuat konfransı sabah BOS-da baş tutacaq. 

Qeyd edək ki, millimizin Serbiya yığması ilə görüşü martın 30-da saat 20:00-da Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək

Serbiya milli komandası

17:30. Mətbuat konfransı

18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

18:45. Mətbuat konfransı

19:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq