"Bütün futbolçularımı təbrik edirəm. Hər kəs çalışdı, döyüşdü, yaxşı futbol sərgilədi. Xarakter göstərə bilən oyunçulara malik olduğum üçün sevinirəm".

Offsideplus.az xəbər verir ki, bu sözləri Qətər millisinin baş məşqçisi Feliks Sançes yığmamızla keçirilən yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

2:1 hesablı qələbəni şərh edən mütəxəssis oyunun onlar üçün çox çətin keçdiyini bildirib: "3 gündən bir oyunlarda bu çox önəmlidir. Oyun 90 dəqiqədir. Bütün oyun boyu dominantlıq eləmək olmaz. Oyuna pis başladıq, topu itirirdik, buna görə də müdafiədə oynamağa məcbur idik. Amma bu oyunun bir parçasıdır. 25-ci dəqiqədən sonra isədiyimiz kimi oynamağa, qol vəziyyətləri yaratmağa başladıq. Qol vurmağa layiq idik və ikinci hissədə də yaxşı oynaraq istəyimizə nail olduq. Çox çətin oyunda geri dönüş etməyi bacardıq”.