Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət millimiz yoxlama matçı keçirib.

Offsideplus.az xəbər verir ki, yığmamız bu görüşdən məğlub ayrılıb.

Birinci divizion təmsilçisi “Turan Tovuz”la qarşılaşan millimiz 0:2 hesabı ilə uduzub.