DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya - Azərbaycan matçından sonra millimizin futbolçularına minimal hesablı məğlubiyyətə görə mükafat almayacaq.

Offsideplus.az Sport24.az-a istinadən xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlər Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullah açıqlayıb.

O, heç bir mükafatdan söhbət getmədiyini vurğulayıb: "Milli komandanın qələbə və heç-heçəyə görə mükafat ala biləcəyini dəqiq göstərən protokol var. Bu vəziyyətdə - hazırkı Avropa çempionu ilə görüş olsa belə - milli komanda minimal hesabla məğlub oldu. Çox təəssüf edirəm ki, Qətər və Serbiya ilə oyunlar ərəfəsində bu cür dezinformasiya ilə qarşılaşmalı oluruq".

Qeyd edək ki, millimiz bu gün saat 21:00-da Qətərlə yoldaşlıq görüşü keçirəcək.