"Tam heyətlə olmasa da, hazırlığımız davam edir. Bütün futbolçular olmayanda hazırlıq çətin keçir. Buna baxmayaraq, məşqlərdən maksimum yararlanmağa çalışırıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç klubun rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, Premyer Liqada qızıl medal qazanmaq hər zaman çətin olub:

"Bu il də istisna deyil. "Neftçi" ilə mübarizəyə gəlincə, bu il deyil, hər zaman bu komandada yaxşı futbolçular yer alıb. Mövsümün sonuna 8 tur qalıb. Ancaq biz 8 oyunu deyil, sırf olaraq növbəti matçımızı düşünürük. Baş məşqçimiz də bizdən həmişə performansımızın yüksək olmasını tələb edir".