Azərbaycan I Divizionunda XIX turun oyun cədvəli məlum olub. 

Offsideplus.az xəbər verir ki, bütün oyunlara saat 15:00-da start veriləcək. 

Turun “Sumqayıt-2” - “Kəpəz” görüşündən başqa bütün qarşılaşmaları I Divizionun “Youtube” kanalında canlı yayımlanacaq.

I Divizion
XIX tur
1 aprel

“Turan Tovuz” – “Qarabağ-2”
Tovuz şəhər stadionu

“Qaradağ Lökbatan” – “Keşlə-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

2 aprel

“Neftçi-2” – MOİK
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança)

“Sabah-2” – “Zaqatala”
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

3 aprel
“Sumqayıt-2” – “Kəpəz”
“Kapital Bank Arena” (ehtiyat meydança)