Portuqaliyanın Azərbaycanı 1:0 hesabı ilə məğlub etməsi Kriştiano Ronaldonu dilə gətirib.

Offsideplus.az xəbər verir ki, dünyaca ünlü futbolçu qələbədən sonra "feysbuk" səhifəsində paylaşım edərək bu sözləri yazıb: "Dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamaq çox vacibdir. Təbriklər, komanda".

Qeyd edək ki, start heyətində yer alan və 90 dəqiqə meydanda olan Ronaldo çox çalışsa da, Şahruddin Məhəmmədliyevin qoruduğu qapıya yol tapa bilməyib. Matçdakı eganə topu Maksim Medvedev öz qapısından keçirib.

IMG 2693