Almaniya millisində koronavirusa yoluxan futbolçu aşkarlanıb.

Offsideplus.az "Bild"ə istinadla xəbər verir ki, Yonas Hoffmanın verdiyi testin nəticəsi müsbət olub. Vəziyyətin bu cür olması Almaniya Futbol İttifaqının başbilənlərini yerindən tərpənib. Yığmanın səhər məşqi təxirıə salınıb, bütün futbolçulara oteldəki otaqlarını tərk etməmək tapşırığı verilib. Düşərgədə çıxılmaz vəziyyətin yaranması İslandiya ilə oyunun keçirilməsini sual altına alıb.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutmalı olan Almaniya - İslandiya matçı bu gün Bakı vaxtı ilə 23.45-də start götürməlidir.