DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Qətər yığması ilə yoldaşlıq matçı keçirəcək Azərbaycan millisinin oyununa təyinatlar müəyyənləşib.

Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçın əsas referisi açıqlanmasa da, köməkçiləri bəlli olub.

Yan xətt hakimləri Tomaş Somolani Branislav Hançko olacaq. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək. Hakimlər briqadası Slovakiyanı təmsil edir.

Qeyd edək ki, martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.