Albaniya yığma komandasının və "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli Azərbaycan yığmasından gələn təklifi qəbul etməməsinin səbəblərini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, o, bu barədə ölkəsinin "Panorama" nəşrinə danışıb:

"Azərbaycana getsəydim, akademiya ilə bağlı planları yarımçıq qoymalı idim. Bəlkə gələcəkdə də ABŞ-dan kənarda işləmək üçün başqa variantlarım olacaq. Amma hesab edirəm ki, onda da ən düzgün qərar burada, ailəmin yanında qalmaq və öz layihəmi davam etdirmək olacaq.

Düşünürəm ki, bu ölkənin futbolu həm də keyfiyyətli yerli oyunçuların performansı baxımından əziyyət çəkir. Albaniya ilə eyni fürsətə sahib deyillər: yerli futbolçular, hətta Avropaya köçən alban ailələri yığmamız üçün əlavə fürsətdir. Çünki həmin uşaqlar Avropada böyüyür və futbol üçün yaxşı materiala çevrilirlər".

Azərbaycanın Türkiyədə və ya Rusiyada az sayda oyunçuları var. Ona görə Canni De Byazi üçün oradakı vəziyyət Albaniyadakından fərqlidir. İtaliyalı mütəxəssis Azərbaycana çətin dönəmdə yeni komanda qurmaq üçün getdi. Vaxtı çox az idi. Bu səbəbdən də Millətlər Liqası nəticə baxımından önəm daşımırdı. Bu, daha çox sınaq idi".

Qeyd edək ki, hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən Ansi Aqolli 2012 - 2017-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub.