Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən "Sumqayıt" bu gün yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, "Kapital Bank Arena" baş tutan oyunda Sumqayıt şəhərinin eyniadlı komandası MOİK-i qəbul edib. Görüş Ayxan Abbasovun tərəfinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Mehdi Şərifinin dubl etdiyi qarşılaşmada digər qol avtoqol kimi qeydə alınıb.