U-21 daha bir yoldaşlıq görüşü keçirəcək.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi millinin rəqibi "Neftçi" olacaq. "Ağ-qaralar"la oyunun martın 24-də, saat 16.00-da başlayacağı bilinsə də, hansı stadionda keçiriləcəyi dəqiqləşməyib.

Qeyd edək ki, U-21 sabah saat 17.00-da Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"la qarşılaşacaq.