"Zirə" klubunun əvəzedici komandası yenidən bərpa ediləcək.

Offsideplus.az xəbər verir ki, bu barədə "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov “CBC Sport" telekanalında yayımlanan "Üçüncü hissə" verilişində məlumat verib.

O bildirib ki, ikinci komandanın 2020/2021 mövsümündən etibarən I Divizionda iştirakı planlaşdırılır. 

Qeyd edək ki, "Zirə"nin əvəzedici komandası ötən mövsümün əvvəlində ləğv olunub.