Azərbaycan I Divizionunda 18-ci turun oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə iki qmatç oynanılıb.

Turun açılış görüşündə “Qarabağ” və “Sumqayıt”ın əvəzediciləri qarşılaşıb. Görüş qolsuz başa çatıb. 

Günün digər oyununda “Kəpəz” doğma meydanda “Keşlə″nin əvəzediciləri ilə üz-üzə gəlib. Gəncə təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Daha iki qarşılaşma sabah baş tutacaq. 18-ci tur çərçivəsində keçirilməli olan “Sabah” və “Neftçi”nin əvəzediciləri arasındakı oyun isə aprelin 20-nə təxirə salınıb.

I Divizion
XVIII tur
18 mart

Qarabağ-2 - Sumqayıt-2 0:0
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Tərlan Talıbzadə, Tural Qurbanov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00.

Kəpəz - Keşlə-2 3:1
Qol: Elcan Rəhimov, 31. Əli Səmədov, 57. Orxan Abdullayev, 90+3 – Bəşir Ayralov, 27.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, Rəşad Əhmədov.
Gəncə şəhər stadionu, 15:00