"Zirə"nin futbolçusu Klesio Bauk Mozambik millisinə çağırılıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ölkəsinin Afrika Millətlər Kubokunun seçmə mərhələsində Ruanda və Kabo Verdeyə qarşı keçiriləcək görüşləri üçün heyətə salınıb.

Qeyd edək ki, Mozambik seçməsi martın 22-də Ruandanın qonağı olacaq. Komanda martın 30-da Kabo-Verdeni qəbul edəcək. Kabo-Verde yığmasına "Qarabağ" klubunun futbolçusu Patrik Andrade dəvət alıb.