“Sumqayıt” klubu qısa fasilənin ardından hazırlığı bərpa edib.

Offsideplus.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi bu gün ev oyunlarını keçirdiyi stadionun ehtiyat meydançasında məşqə çıxıb.

Yığmalarda olan 9 futbolçu məşqdə iştirak etməyib. Əvəzində "Sumqayıt” Futbol Akademiyasının bir neçə futbolçusu hazrığa cəlb olunub.  

Qeyd edək ki, "Sumqayıt" hazırlıq dönəmində iki yoxlama oyunu keçirəcək. Komanda martın 21-də MOİK-lə, 28-də isə "Sabah"la üz-üzə gələcək.