Keysuke Honda "Neftçi"dəki nömrə seçimi ilə hər kəsi təəccübləndirib.

Offsideplus.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi yeni komandasında "10" və "11" nömrəni daşımaqdan imtina edib. Əvəzində vaxtilə millidə kürəyində daşıdığı "4"ü seçib. Klub rəhbərliyi onun bu istəyini nəzərə alaraq "4"ü Rener Alvesdən alaraq Hondaya verib.

Halbuki Saman Nərimancahanın komandanı tərk etməsindən sonra Keysukenin vaxtilə "Milan"da daşıdığı 10"a sahib çıxacağı gözlənilirdi.