Azərbaycan yığma komandasının kapitanı Maksim Medvedevin millinin toplanışında iştirak etmək istəməməsinin səbəbi məlum olub.

Offsideplus.az haqqın.az-a istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu millinin baş məşqçisi Canni De Byazidən övladının xəstə olduğu üçün ona dəvət göndərməməsini xahiş edib. İtaliyalı mütəxəssis isə onun xahişini yerinə yetirib.

Xatırladaq ki, milli komandamız DÇ-2022-nin seçmə mərhələsində martın 24-də Portuqaliyanın qonağı olacaq. 3 gün sonra səfərdə Qətərlə qarşılaşacaq yığmamız, martın 30-da Serbiyanı qəbul edəcək.