"Honda adına görə də "Neftçi"yə xeyir verə bilər. Təəssüf ki, azarkeşlər stadionlara buraxılmır. Bunun əksi olacağı təqdirdə düşünürəm ki, bu futbolçuya görə tribunalarda sıxlıq yaranardı".

 Bu sözləri Offsideplus.az-a açıqlamasında millimizin sabiq üzvü Vaqif Cavadov deyib.

Onun sözlərinə görə, Hondanın gəlişi "Neftçi"də canlanma yaradacaq və komanda üzvləri yaponiyalı yarımmüdafiəçinin təcrübəsindən faydalanacaq:

"Asiyanın ən yaxşı oyunçularından biri olub. Onun istedadına kimsə bir söz deyə bilməz. İstər məşqlərdə, istərsə də matçlarda onunla oynamaq digər futbolçular üçün böyük üstünlük olacaq. Xüsusən də, gənc futbolçular üçün Honda bir məktəb rolunu oynayacaq. Onunla rahat ünsiyyət qurmaq üçün uşaqların bəziləri ingilis dilini də bilsəydi çox yaxşı olardı".

Qeyd edək ki, "Neftçi" 32 yaşlı Hondanın mətbuat konfransını sabah həyata keçirməyi planlaşdırır.