"Real"ın keçmiş futbolçusu Rafael Van der Vart Joze Mourinyonun Məsut Özil üçün onu yolladığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı sabiq yarımmüdafiəçi bu barədə "TalkSPORT 2"yə danışıb. O, 2010-cu ildə "Kral klubu"ndan ayrılma səbəbinin Məsut Özil olduğunu bildirib. Baş məşqçi Mourinyo ona bu sözləri deyib:

"Rafa, Özili alacağıq. Buna görə də klubu tərk etsən yaxşı olar. Qalsan, problem olmaz, amma ehtiyatda oturmaq üçün futbolçu deyilsən. Bir yerə getməlisən". 

Niderlandlı futbolçu Mourinyonun açıqsözlülüyünə görə əsəbləşmədiyini, ona minnətdar olduğunu açıqlayıb.