Azərbaycan Premyer Liqasının 20-ci turunun “Qarabağ” - “Sabah” oyunundan (2:0) əvvəl baş hakim Orxan Məmmədova xatirə hədiyyəsi təqdim edilib.

Offsideplus.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik karyerasını bitirən 36 yaşlı referiyə forma hədiyyə edib. 

Qeyd edək ki, 2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FİFA referisi 2008-10-cu illərdə hakim köməkçisi, 2015-17-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.