"Neftçi"nin razılığa gəldiyi Keysuke Honda ilə rəsmi müqavilə martın 15-i imzalanacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə "Neftçi tv"də məlumat yayılıb. 35 yaşlı yarımmüdafiəçi sabah "ağ-qaralar"ın "Səbail"lə oyununu stadiondan izləyəcək. 

Futbolçunun hansı nömrəni seçəcəyi hələ ki, bəlli deyil.

Qeyd edək ki, Honda karyerası ərzində “Naqoya” (Yaponiya), “Venlo” (Niderland), ÇSKA (Moskva, Rusiya), “Milan” (İtaliya), “Paçuka” (Meksika), “Melburn Viktori” (Avstraliya), “Vitess” (Niderland) və "Botafoqo"da (Braziliya) çıxış edib.