Futbol üzrə Azərbaycan 1 divizionunda 17-ci tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. “Neftçi-2” səfərdə “Kəpəz”i darmadağın edib. Lider “Zaqatala” isə “Qaradağ Lökbatan”ın qonağı olub. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb.

Bu gün daha iki qarşılaşma keçirilib. “Qarabağ-2” səfərdə “Keşlə-2″ni məğlub edib. “Sumqayıt”ın əvəzediciləri isə MOİK-ə uduzub.

Bu gün keçirilməli olan “Turan Tovuz” – “Sabah-2” matçı güclü qara görə təxirə salınıb. Qarşılaşma sabah saat 15:00-da keçiriləcək.

Birinci divizion, 17-ci tur

12 mart

"Sumqayıt-2" – MOİK 0:1
Qol: Əlibəy Məmmədli, 44.
Qırmızı vərəqə: Ramil Orucov, 80. (“Sumqayıt-2”).
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:00

"Keşlə-2" – "Qarabağ-2" 0:1
Qol: Nihad Quliyev, 73-pen.
Qırmızı vərəqə: Fərid Nadirov, 90+2. (“Keşlə-2”)
Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”, 15:00