Ölkəmizin qızlardan ibarət U-19 millisinin Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri məlum olub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığması A Liqasında İtaliya, Polşa və Norveçlə birlikdə 7-ci qrupda mübarizə aparacaq. İlkin seçmə mərhələnin matçları 14 - 21 sentyabrda və ya 19 - 26 oktyabrda oynanılacaq.

Həmçinin 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq 17 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatını ilkin seçmə mərhələsinin də püşkü atılıb.

Azərbaycan millisi B liqasında Albaniya və Monteneqroya qarşı yarışacaq. Bu qrupun oyunları Albaniyada keçiriləcək.