“Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov Premyer Liqada 100-cü oyununu keçirib.
Offsideplus.az "Gənclik şəhəri" təmsilçisinin "feysbuk" səhifəsinə istinadən xəbər verir ki, bu münasiblətlə prezident Riad Rəfiyev və əsas komandanın heyəti bugünkü məşqdən öncə baş məşqçini təbrik edib.
O, Ayxan Abbasova “Sumqayıt”ın “100” nömrəli idman geyimini hədiyyə edib.
Qeyd edək ki, Ayxan Abbasov Premyer Liqada keçirdiyi 100 oyunda 35 qələbə, 30 heç-heçə və 35 məğlubiyyət əldə edib.