Bu gün Premyer Liqamızın 18-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Sabah" matçının (2:1) 27-ci dəqiqəsində stadionda işıqların sönməsi səbəbindən qısa fasilə yaranıb.

 Offsideplus.az "Neftçi"nin mətbuat və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyevdən aldığı məlumat əsasında xəbər verir ki, bu hadisənin yaşanmasında klub rəhbərliyinin və "Bakcell Arena" əməkdaşlarının heç bir günahı olmayıb. 

Belə ki, ani olaraq stadiona gələn elektrik xəttində yaranan qısa qapanma nəticəsində meydançanı işıqlandıran "projektor"lar sönüb.

Təxminən 10 dəqiqəlik fasilənin ardından problem bərpa edilib və matç davam edib.

Rüstəm Allahverdiyev bildirib ki, bu hadisəyə görə, "Neftçi"nin cəzalandırılacağı gözlənilmir.