Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, bu gün son iki oyun keçirilib.

Günün ilk matçı Sumqayıtda baş tutub. Eyniadlı komanda mövsümün sürprizi “Zirə”ni qəbul edib. Turnir cədvəlindəki qonşuların duelində qolsuz heç-heçə qeydə alınıb.

Çempionluq uğrunda mübarizə aparan “Neftçi” yarışın autsayderi “Sabah”ı sınağa çəkib. Ölkənin ən titullu klubu 2:1 hesablı qələbə ilə bir günlük fasilədən sonra yenidən zirvəyə qayıdıb.

Qeyd edək ki, turun ilk günündə “Qarabağ” – “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib, “Səbail” isə “Keşlə” ilə bərabərə qalıb - 1:1.

Azərbaycan Premyer Liqası

18-ci tur

3 mart (çərşənbə)

16:00. “Sumqayıt” – “Zirə” 0:0
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”.

18:15. “Neftçi” – “Sabah” 2:1 (Namiq Ələsgərov,44. Mirabdulla Abbasov, 64. Təmkin Xəlilzadə, 90+3-pen )
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”.

Qeyd edək ki, ilk oyun günündə "Səbail" evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib. "Qarabağ" isə "Qəbələ"nin qapısından 3 cavabsız qol keçirib.