Millimizin Portuqaliya ilə keçirəcəyi oyunun yeri dəyişdirilə bilər.

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində meydan sahibləri ilə Portuqaliya ilə baş tutmalı oyunun harda keçiriləcəyi sual altındadır. 

Offsideplus.az "Mundolusiada"ya istinadla xəbər verir ki, buna səbəb rəqibin heyətində İngiltərədə çox sayda futbolçunun top qovmasıdır. Belə ki, Böyük Britaniya dövlətinin tətbiq etdiyi qaydalara əsasən Portuqaliyadan qayıdan vətəndaşlar 10 gün karantində qalmalıdır. Portuqaliya yığmasında İngiltərədə legioner həyatı yaşayan 9 futbolçu var ki, onların millinin düşərgəsinə gəlməməsi mümkün deyil. Gəlcəkləri təqdirdə isə klublarına qayıdanda karantinə alınacaqlar. Bu isə futbolçuları və klublarını razı salmır. Odur ki, Portuqaliya Futbol Federasiyası çıxış yolları axtarır. Həmin yollardan biri isə oyunu neytral meydanda keçirməkdir.

Qeyd edək ki, Portuqaliya - Azərbaycan qarşılaşması martın 24-də baş tutmalıdır.