Birinci divizion təmsilçisi “Kəpəz” klubunun rəhbərliyi, əsas komandanın məşqçi heyəti və futbolçular Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Əmrah Rəcəbovun məzarını ziyarət edib.

Offsideplus.az xəbər verir ki,  komandanın kollektivi adından şəhidin məzarı önünə gül çələngi qoyulub.

Klub üzvləri Əmrah Rəcəbova hörmət və ehtiramlarını bildiriblər. 

Qeyd edək ki, “Kəpəz”in azarkeşi olmuş Əmrah Rəcəbovun nəşi Gəncə şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Allah rəhmət eləsin!

kepez xiyaban 1