"Zirə"nin iki futbolçusu sıradan çıxıb.

Offsideplus.az Qol.az-a istinadən xəbər verir ki, "Neftçi" ilə qarşılaşmada zədələnən Davit Volkov dünən əməliyyat olunub. Xəsarət alan hücumçu 8 həftə yaşıl meydanlardan uzaq qalmalı olacaq.

"Zirə"nin yeni transferi Filipe Paxtman yaxın günlərdə çapraz bağlarından əməliyyat olunacaq. 21 yaşlı braziliyalı 6 aylıq sıradan çıxıb. Bununla da, gənc hücumçu üçün cari mövsüm erkən bitib.