"Zirə"nin "vuran ayağı" David Volkov Türkiyəyə yola düşüb.

Bu barədə offsideplus.az-a klubun mətbuat katibi Elmar Abdullazadə məlumat verib. Həmkarımız gürcüstanlı futbolçunun əməliyyat olunmaq üçün klub tərəfindən İstanbula yola salındığını bildirib. Volkovun yaxın 1 ayda yaşıl meydanlara ayaq basmayacağı dəqiqdir. Əməliyyatın və bərpa prosesinin nəticələrinə uyğun olaraq müddət bir az da uzana bilər. 

Qeyd edək ki, dünən keçirilən "Zirə" - "Neftçi" görüşündə qələbə topunun müəllifi olan "9 nömrə" ikinci hissənin gedişində Tallison Diazla mübarizədə ciddi zədə alıb, xəstəxanaya aparılmışdı. Davit cari mövsümdə vurduğu 8 qolla komandasının ən məhsuldar futbolçusudur.