Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Respublikasının ərazisində hökm sürmüş qarlı hava şəraiti ilə əlaqədar başa çatdırılmadan dayandırılmış və keçirilməsi mümkün olmayan 1-ci divizion oyunlarının yeni tarixlərini müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, həmin matçlar 23, 27 və 28 martda keçiriləcək.

13-cü turdan təxirə salınmış oyunlar

23 mart

“Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu, 52-ci dəqiqədən etibarən

“Kəpəz” – “Qaradağ Lökbatan”
Gəncə şəhər stadionu

XIV turdan təxirə salınmış oyunlar

27 mart

“Sabah-2” – “Keşlə-2”
Bank Respublika Arena, ehtiyat meydança

28 mart

“Neftçi-2” – “Sumqayıt-2”
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança)

MOİK – “Kəpəz”
Binə qəsəbə stadionu

Qeyd edək ki, görüşlərin başlanma vaxtları ilə bağlı məlumat veriləcək.