Premyer Liqanın hesabat turunda məhsuldarlıq ürəkaçan olmadı.

3 oyunda komandalardan yalnız 1-i fərqləndi, yalnız "Bank Respublika Arena"dakı qarşılaşmada "Sabah"la "Keşlə"nin hər ikisi rəqib qapısına yol tapdı. 

Offsideplus.az xəbər verir ki, bu cür aşağı məhsuldarlıq daha öncə 7 və 11-ci turlarda müşahidə olunmuşdu. Ən yüksək məhsuldarlıq isə 10-cü turda qeydə alınıb - 4 görüşdə 19 qol. 

Qeyd edək ki, dünən keçirilən 17-ci turun oyunlarında "Qəbələ" evdə "Sumqayıt"ı, "Zirə" "Neftçi"ni, "Qarabağ" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" - "Keşlə" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.