"Zirə" klubunun futbolçusu Davit Volkov Premyer Liqamızın 17-ci turunda "Neftçi" ilə keçirilən görüşdə (1:0) ciddi zədələnərək xəstəxanaya aparılıb.

 Offsideplus.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra baş tutan mətbuat konfransında məlumat verib.

Sadıqovun sözlərinə görə, ilkin müayinədən sonra 25 yaşlı gürcüstanlı forvardın çiyninin sındığı aşkarlanıb.

Qeyd edək ki, Volkov ikinci hissənin ilk dəqiqələrində zədələnərək, meydanı ağrılar içində tərk edib.