“Qarabağ” klubu AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu İntizam Komitəsinin fevralın 23-də Uroş Matiçə qarşı verdiyi 3 minlik cəzaya etirazını ünvanlayıb. 

Belə ki, Uroş Matiçin "Sumqayıt"a qarşı oyun zamanı forma nömrəsində soyadı Azərbaycan əlifbası ilə yazılmadığı üçün kluba 3 000 manat cərimə kəsilib. "Qarabağ" həmin oyunda forma geyinməyən, 1 dəqiqə belə meydanda olmayan Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmayıb. Klub qərarın ləğvi üçün AFFA Apellyasiya Arbitraj Tribunalına İntizam Məcəlləsinin uyğun bəndlərinə əsasən hazırlanmış müraciət ünvanlayıb.