Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları üçün hakim təyinatları bəlli olub.

Offsideplus.az xəbər verir ki, matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub:

25 fevral (cümə axşamı)

15:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

17:30. “Sabah” – “Keşlə”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev
“Bank Respublika Arena”

18:30. “Qarabağ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov
“Azersun Arena”