Futbol üzrə Azərbaycan birinci divizionunda 14-cü turun daha bir görüş keçirilib.

Offsideplus.az xəbər verir ki, turnirin lideri “Turan Tovuz” doğma meydanda “Qaradağ Lökbatan”la qarşılaşıb. Oyun 1:1 hesabı il başa çatıb.

Qeyd edək ki, birinci divizionun bu gün keçirilməli olan “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları qarşı hava şəraitinə görə təxirə salınıb.

24 fevral
"Turan Tovuz" - "Qaradağ Lökbatan" - 1:1
Qollar: Nurlan Şabanov, 75 – Elnur Səmədov, 1
Tovuz şəhər stadionu