Sabah Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçiriləcək.

Eyni gündə baş tutacaq görüşlərdən biri "Bank Respublika Arena"da baş tutacaq ki, "Sabah" "Keşlə"ni qəbul edəcək. 

Offsideplus.az xəbər verir ki, 7 oyundur qələbənin nə olduğunu bilməyən "qırmızılar" "tələbələr"lə duelə itkilərlə çıxacaq. "Qəbələ"ylə qarşılaşmada əzələsini dartan Azər Salahlı fərdi məşqlərlə kifayətlənir. "Zirə"ylə sonuncu turun matçında aldığı zədəyə görə ilk hissədə əvəzlənən Sadio Tounkaranın durumu da yaxşı deyil. Malili yarımmüdafiəçi bir müddət məşq edə bilməyəcək. Komandanın təhlükəli "silah"larından biri Rəhman Hacıyevin də "Sabah"a qarşı oynayacağı inandırıcı görünmür. Hacıyevin ayağında ağrılar var.

Qeyd edək ki, Sənan Qurbanovun gəlişindən sonra "Qəbələ"yə boyun əyən (0:2) "Keşlə", "Zirə"ylə bərabərə qalıb - 2:2.