Futbol üzrə Azərbaycan 1-ci divizionunda 14-cü turun oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. “Zaqatala” doğma meydanda “Qarabağ-2” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun qalan görüşləri sabah keçiriləcək.

23 fevral

“Zaqatala” - “Qarabağ-2” - 1:0
Qol: Xəqani Sadıxov, 35.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Tərlan Talıbzadə, Namiq Bəkirov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

24 fevral

14:00. “Sabah-2” - “Keşlə-2”
14:00. MOİK - “Kəpəz”
14:00. “Turan Tovuz” - “Qaradağ Lökbatan”
15:00. “Neftçi-2” - “Sumqayıt-2”