Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsinin oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, yığma qrupun sonuncu görüşündə Moldova millisi ilə üz-üzə qarşılaşıb.  "ASK Arena"da keçirilən matç yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, bu qalibiyyətdən sonra ilk xallarını qazanan Azərbaycan millisi yer aldığı D qrupunu sonuncu pillədə başa vurub.

AÇ-nin seçmə mərhələsi
D qrupu

23 fevral

18:00. Azərbaycan - Moldova 1:0

Qol: Aysun Əliyeva, 46
Bakı. “ASK Arena”.