"Zirə"nin yanvarın 30-da transfer etdiyi futbolçusu Filipe Paxtmann zədələnib.

Offsideplus.az xəbər verir ki, bu barədə baş məşqçi Rəşad Sadıqov "Keşlə" ilə oyundan (2:2) sonra baş tutan mətbuat konransında açıqlama verib. 38 yaşlı mütəxəssis braziliyalının zədəsinin ciddi olmaq ehtimalını da diqqətə çatıdırb:

“İki gün əvvəl məşqdə zədələnib. Zədəsinin ciddi olmaq ehtimalı var. Əslində bu gün əsas heyətdə meydana çıxmalı idi. Onu İstanbula müayinəyə göndəririk. Qəti fikri ondan sonra demək olacaq”.