2022-ci ildə Qətərdə keçirilməsi planlaşdırılan futbol üzrə Dünya çempionatının Asiya qitəsi üzrə seçmə mərhələsinin bir çox oyunu ləğv olunub.

Offsideplus.az xəbər verir ki, buna səbəb koronavirus pandemiyasıdır.  FIFA və Asiya Futbol Federasiyası tərəfindən seçmə oyunların böyük bir qisminin mart ayından sonra keçirilməsi qərara alınıb.

Yalnız Nepal-Avstraliya, Səudiyyə Ərəbistanı-Yəmən, Tacikistan-Monqolustan və Monqolustan-Yaponiya matçları əvvəlcədən planlaşdırıldığı kimi qarşıdan gələn ayda təşkil olunacaq.

Digər matçların isə 31 may - 15 iyun aralığında baş tutacağı gözlənilir.