Azərbaycan Divizonunda 13-cü turun “Turan Tovuz” – “Sumqayıt-2” görüşü təxirə salınıb.

Offsideplus.az xəbər PFL-a istinadən verir ki, buna Tovuz rayonuna güclü qar yağması səbəb olub. Belə ki, matç 51-ci dəqiqədə əlverişsiz hava şəraitinə görə dayandırılıb.

Oyun sabah saat 12:30-da qaldığı yerdən davam etdiriləcək.