Futbol üzrə Azərbaycan I Divizionda 14-cü turun oyun cədvəli bəlli olub.

Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, turun 1 görüşü 23 fevralda, qalanları isə ayın 24-də baş tutacaq.

Qeyd edək ki, “Zaqatala” – “Qarabağ-2”, MOİK – “Kəpəz” və “Turan Tovuz” - “Qaradağ Lökbatan” qarşılaşmalarını pfl.az saytında canlı izləmək mümkündür.

23 fevral (çərşənbə axşamı)

“Zaqatala” – “Qarabağ-2”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00 (canlı/pfl.az)

24 fevral (çərşənbə)

“Sabah-2” – “Keşlə-2”
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00

“Neftçi-2” – “Sumqayıt-2”
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 15:00

MOİK – “Kəpəz”
Binə qəsəbə stadionu, 14:00 (canlı/pfl.az)

“Turan Tovuz” - “Qaradağ Lökbatan”
Tovuz şəhər stadionu, 14:00 (canlı/pfl.az)