Premyer Liqada 17-ci turun oyun cədvəli açıqlanıb.

Offsideplus.az xəbər verir ki, 4 oyunun hamısı cümə axşamı baş tutacaq. Buna baxmayaraq, yayım məsələsində problem olmayacaq. İki oyunu "CBC Sport" göstərəcək, digər ikisini PFL-in "yutub" kanalı. 

25 fevral (cümə axşamı)

15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, (Pfl.az)

16:00. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, (CBC Sport)

17:30. “Sabah” – “Keşlə”
“Bank Respublika Arena”, (Pfl.az)

18:30. “Qarabağ” – “Səbail”,
“Azersun Arena”, (CBC Sport)