Gürcüstan millisinin yeni baş məşqçisinin adı açıqlanıb.

Offisdeplus.az Gürcüstan Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, yığmanı bundan sonra Villi Sanyol çalışdıracaq. "Bavariya"nın sabiq futbolçusu ilə müqavilənin hansı müddəti əhatə etməsi haqda məlumat verilməyib. Sanyol debütünü martın 25-də DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İsveçlə oyunda edəcək.

Qeyd edək ki, 2014-16-cı illərdə "Bordo"nu çalışdıran 44 yaşlı mütəxəssis 2017-ci ildə "Bavariya"da məşqçi kimi çalışıb.