Premyer Liqanın 15-ci turunda “Səbail”lə baş tutan qarşılaşmada çıxış edən Sənan Ağayev “Sumqayıt"ın əsas heyətində debüt edib.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc oyunçu Premyer Liqada meydana çıxan ilk 2004 təvəllüdlü futbolçu olub. Akademiyanın yetirməsi olan yarımmüdafiəçi akademiyanın digər yetirməsi olan Xəyal Nəcəfovun əvəzinə meydana daxil olub.

Ağayev həmçinin, 2020-2021 mövsümündə meydana çıxmış ən gənc futbolçu olub. O, 16 yaş 242 günlüyündə bu göstəricini əldə edib.

Qeyd edək ki, “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov cari mövsümdə ümumilikdə 8 limit futbolçunun xidmətindən istifadə edib. Limitə uyğun olan gənc futbolçuların statistikasını nəzərinizə çatdırırıq:
1. Murad Xaçayev – 14 oyun (1159 dəqiqə), 2 qol
2. Səbuhi Abdullazadə – 8 oyun (380 dəqiqə), 1 qol
3. Rüfət Abdullazadə – 8 oyun (211 dəqiqə)
4. Süleyman Əhmədov – 5 oyun (355 dəqiqə), 1 qol
5. Nəbi Məmmədov – 1 oyun (23 dəqiqə)
6. Nurlan Quliyev – 1 oyun (17 dəqiqə)
7. Nicat Əliyev – 1 oyun (2 dəqiqə)
8. Sənan Ağayev – 1 oyun (2 dəqiqə)