Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində hazırda  keçirilən "Qarabağ" - "Neftçi" oyununda qonaqlar 22-ci dəqiqədə azlıqda qalıb.

Offsideplus.az xəbər verir ki, buna komandanın gənc müdafiəçisi Ömər Buludovun kobud oyunu səbəb olub. Meydanın mərkəzində rəqibin kapitanı Maksim Medvedyevin başına ayaqla zərbə endirən Buludov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Qeyd edək ki, hazırda matçda hesab 1:0 "Neftçi"nin xeyrinədir.