Azərbaycan Premyer Liqasında bu gün keçirilən "Sumqayıt" - "Səbail" (0:3) matçında qonaqlar 9 nəfərlə qalıb.

Offsideplus.az xəbər verir ki, əvvəlcə 83-cü dəqiqədə Peyman Keşavarzi ikinci sarı vərəqə alaraq meydanı tərk edib.

90+5-ci dəqiqədə Kamran Ağayev kobud oyuna görə qırmızı vərəqə alıb. Bu vaxt "dənizçilər" hər 3 oyunçu dəyişikliyindən istifadə etdiyi üçün üçün qapıya müdafiəçi Adil Nağıyev keçməli olub.

Həmin anın görüntülərini təqdim edirik: