"Bu matç çox önəmlidir. Bizim üçün çətin olacaq. Rəqibin gücünə də bələdik".

Offsideplus.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Xayme Romero "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XV tur matçı barədə danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi derbi qarşılaşmasının çempionluq yolunda həlledici olmayacağını bildirib: "Hələ qarşıda çox oyunumuz olacaq. Hər iki komanda xallar itirə bilər. Çempionatın taleyi barədə danışmaq tezdir. Bir oyuna görə kimin çempion olacağını düşünmək olmaz. Onu deyə bilərəm ki, bizi qarşıda çətin oyun gözləyir".

Qeyd edək ki, fevralın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq (Report).